“De Byazi vaxt “udur”, pula görə yerini isti saxlayır“

13 Yanvar 2021 20:20 Milli komanda 757
“De Byazi vaxt “udur”, pula görə yerini isti saxlayır“

“Milli hamımızındır, qələbəsinə sevinir, məğlubiyyətinə üzülürük.

Amma etiraf edək ki, Portuqaliya, Serbiya, İrlandiyaya qarşı bu komanda ilə heç edə bilmərik“.

Sportinfo.az xəbər verir ki, bu fikirləri yığmanın sabiq hücumçusu Kənan Kərimov dilə gətirib.

DÇ-2022-nin seçmə mərhələsində şanslarımızı dəyərləndirən gənc mütəxəssisin qrupda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla qarşılaşacaq Canni de Byazinin kollektivinə ümidi yoxdur:

“Sadəcə, de Byazi vaxt “udur”, pula görə yerini isti saxlayır. Bunlar sabah yaxşı təklifi olan kimi, “bağışlayın, mən gedirəm” deyəcək insanlardır.

Gəlmə məşqçilərə bel bağlamaq olmaz. İndiki durumda özümüzünkülərə güvənsinlər”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM