Səhhətimiz üçün ən təhlükəli...

29 May 09:00 Maraqlı 132
Səhhətimiz üçün ən təhlükəli...

Ən təhlükəli şirniyyatlar tərkibində çoxlu miqdarda şəkər və trans yağları olanlardır.

Sportinfo.az xəbər verir ki, bu barədə həkim dietoloq Elena Solomatina "Veçernaya Moskva"ya müsahibəsində bəyan edib.

Məlumata görə, trans yağları şirniyyatda marqarinin əvəzedicisi olaraq istifadə olunur. Ümumiyyətlə, parlaq rəngləri olan şirniyyat almaq tövsiyə olunmur. Bu ilk növbədə "ponçik"lərə aiddir.

Həkimin sözlərinə görə, bu yemək "mədə üçün bir bomba" dır: "Təəssüf ki, bu məhsullar istehsalda çox ucuz olduğu üçün çox satın alınır".

Bundan başqa elastik rezini xatırladan marmeladdan da çəkinməyə çağrılıb. Həqiqi marmeladda - agar-agar, sünilərində isə kimyəvi qatılaşdırıcılardan istifadə olunur.

Şirin qazlı içkilər də ciddi bir təhlükədir. Bu, əslində çox sayda boya, şəkər və karbon qazı olan sudur, bu qarışığın bədən tərəfindən udulmasını sürətləndirir.

Qazlı sularda kalsiumu bədəndən çıxaran fosfor turşusu var. "Bütün dünyada məşhur olan amerika içkisi unitazları təmizləmək üçün yaxşıdır - o, kalsium ərpini həll edir", - deyə dietoloq vurğulayıb.

Xəbər Lenti
2 İyul 10:10 Kamran Quliyevin sirki
2 İyul 01:38 Qalmaqallı ayrılıq