Vaqif Cavadov bu xəbərə nə REAKSİYA VERƏCƏK?

19 May 12:16 Maraqlı 479
Vaqif Cavadov bu xəbərə nə REAKSİYA VERƏCƏK?

Avropa liqalarında gözlənilmədən çempion olan futbol komandaları ilə bağlı araşdırma aparılıb.

Sportinfo.az xəbər verir ki, "Squawka" nəşri siyahıya 14 klubu daxil edib.

Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiya "Tvente"sinin 2010-cu il çempionluğu da siyahıda yer alıb. 31 yaşlı yarımmüdafiəçi liqada əsas komandanın heyətində debüt etməsə də, çempionluq sevinci yaşayıb.

"Bursaspor"un 2010-cu ildə çempion olması da gözlənilməz nəticələrdən hesab olunub.

Sürpriz çempionlar: “Blekbörn Rovers" (İngiltərə - 1995), “Nant” (Fransa - 1995), “Kayzerslautern” (Almaniya - 1998), “Genk” (Belçika - 1999), “Deportivo La Korunya” (İspaniya - 2000), “Boavişta” (Portuqaliya - 2001) , “Rubin” (Rusiya – 2008, 2009), “Volfsburq” (Almaniya - 2009), AZ (Niderland - 2009), “Bursaspor” (Türkiyə - 2010), “Tvente” (Niderland - 2010), “Monpelye” (Fransa - 2012), “Lester” (İngiltərə - 2016), PAOK (Yunanıstan - 2019).

Digər Xəbərlər
Xəbər Lenti
24 May 11:00 Ağdamdan Ankaraya...