Koronavirusun günlər üzrə gedişatı - 8-ci gün həlledicidir

30 Mart 2020 09:00 Maraqlı 1 034
Koronavirusun günlər üzrə gedişatı - 8-ci gün həlledicidir

Bütün dünyada həkimlər belə nəticəyə gəliblər ki, koronavirus simptomlara görə mövsümi qriplərə bənzəyir, xüsusi simptomları demək olar ki, yoxdur və koronavirus diaqnozu yalnız testin köməyi ilə qoyula bilər.

Xoşbəxtlikdən insanların əksəriyyəti (təxminən 85%) koronavirusu yüngül soyuqdəymə kimi keçirir.

Sportinfo.az xəbər verir ki, koronavirusun simptomları insanlarda yoluxduqdan sonra 5-22 gün ərzində üzə çıxa bilər.

Yəni inkubasiya dövrü 22 günə qədər uzana bilər. Əksər hallarda koronavirus 3-cü-5-ci gün üzə çıxmağa başlayır. İmmun sistemi virusu vaxtında məhv etməyə başlamazsa virus orqanizmdə sürətlə artır və müxtəlif orqanlarda, ilk növbədə ağciyərdə, ağır patologiyaların inkişafına səbəb olur.

Həkimlərin müşahidələrinə görə koronavirus infeksiyası əksər insanlarda belə inkişaf edir.

1-ci gün. Xəstəliyin ilk günündə qızıdrma qalxır, insan titrəyir, yorğunluq hiss edir, daim yatmaq istəyir. Boğazda ağrı və qıcıqlanma, öskürək, bütün bədəndə ağrılar olur. Bəzən xəstədə ishal, ürəkbulanması və qusma da ola bilər.

2-7 günlər. Simptomlar artır, qızdırma qalxır və qızıdırmasalan preparatlarının qəbulundan sonra düşür. İnfeksiya ağciyərə daxil olur və bu səbəbdən nəfəsalma çətinləşir. Xroniki yorğunluq artır.

8-ci gün həlledicidir. Xəstəlik yüngül formada keçirsə, xəstədə yaxşılaşma başlayır. Xəstəlik ağır keçirsə, ağciyərin işində ciddi problemlər yaranır, orqanizmdə oksigen çatışmazlığı inkişaf etməyə başlayır. Bu vəziyyətdə xəstəyə dərhal taxirəsalınmaz tibbi yardım göstərilməlidir. Xəstə oksigen balonu və ya süni tənəffüs aparatına qoşula bilər.

9-11 günlər. Koronavirusun yüngül formalarında insan tam sağalır. Daha ağır hallarda xəstənin vəziyyəti tədricən yaxşılaşmağa başlaya bilər.

12-14 günlər. Qızdrıma qalxmır, öskürək və yorğunluq qalır.

15-22 günlər. Xəstə tam sağalır.

Digər Xəbərlər
Xəbər Lenti