Komitə rəhbərliyi 1 aylıq əmək haqqını ayırdı - koronavirusla mübarizəyə

24 Mart 2020 18:58 Maraqlı 605
Komitə rəhbərliyi 1 aylıq əmək haqqını ayırdı - koronavirusla mübarizəyə

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürüb.

Qurumdan Sportinfo.az-a verilən xəbərə görə, Azərbaycanda ölkə ictimaiyyəti koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr edir.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin rəhbərliyi də bir aylıq əmək haqqını Fonda köçürüb. Komitənin prezidenti İlqar Rəhimov, vitse-prezidentlər İlham Zəkiyev, Yaşar Hacıyev və baş katib Kamal Məmmədovun bir aylıq əmək haqqı sözügedən Fonda ianə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda