Ev hayvanından COVID-19-a yoluxa bilərikmi? - ALİMLƏRİN CAVABI

24 Mart 18:44 Maraqlı 327
Ev hayvanından COVID-19-a yoluxa bilərikmi? - ALİMLƏRİN CAVABI

Koronavirus infeksiyası və onun törətdiyi xəstəliklə bağlı (COVİD-19) səhiyyə işçilərinin məlumatlığı hər gün artmaqdadır.

Sportinfo.az xəbər verir ki, alimlərin əldə etdikləri məlumatlar və çoxsaylı ölkələrdə fəaliyyət göstərən tibb işçilərinin təcrübəsi mütəmadi olaraq təhlil edilir, onların nəticəsində müvəqqəti və ya daimi tövsiyələr və təlimatlar hazırlanır.

Burada koronavirus və COVİD-19 xəstəliyi ilə bağlı hər birimizi maraqlandıran suallara cavablar verilib. Məlumatlar davamlı olaraq yeniləndiyi üçün bu bölməyə vaxtaşırı baş çəkməyiniz tövsiyə olunur.

Heç bir xəstəlik əlamətləri müşahidə edilməyən insandan COVİD-19 virusuna yoluxmaq mümkündür?

Virus əsasən öskürmə və ya asqırma zamanı tənəffüs yollarından havaya buraxılan kiçik damcılarla yayılır. Heç bir xəstəlik əlaməti olmayan insandan yoluxma riski olduqca aşağıdır. Digər tərəfdən bir çox insanlarda COVID-19 virusunun əlamətləri özünü çox zəif büruzə verir. Bu əsasən xəstəliyin erkən mərhələsinə aiddir.

Beləliklə özünü xəstə hiss etməyən və yüngül öskürəyi olan insandan COVID-19 virusunun ötürülməsi riski mövcuddur. ÜST xəstələnmiş insanın başqalarını yoluxdura biləcəyi müddətlə bağlı tədqiqatın gedişatını izləyir və bu barədə məlumat yeniləndikcə ictimaiyyətə açıqlama verəcək.

Mənim koronavirusa yoluxma ehtimalım nə qədərdir?

Risk dərəcəsi yaşadığınız bölgəyə və yaxın zamanlarda səfər etdiyiniz yerlərin coğrafiyasına əsasən müəyyən edilir. COVİD-19 virusunun çoxlu sayda yayıldığı bölgədə yoluxma riski daha yüksəkdir. Hazırda virusa yoluxmanın 95%-i Çinin, əsasən Hubey əyalətinin payına düşür. Digər regionların əksəriyyətində COVİD-19-a yoluxma riski az olaraq qalır.

Lakin yaşadığınız bölgədəki mövcud vəziyyəti və infeksiyaya qarşı hazırlıq tədbirlərini diqqətlə izləmək vacibdir. ÜST Çinin və digər ölkələrin səhiyyə orqanları və digər ölkələrdəki həmkarları ilə vəziyyəti birgə izləməyə davam edir və COVID‑19 virusunun yaranması ilə bağlı cavab tədbirləri görür.

COVID-19 virusundan qorxmaq lazımdır?

Bölgənizdə COVID‑19 virusu yayılmayıbsa, xəstəliyin qeydə alındığı ölkələrdən hər hansı birinə səfər etməmisinizsə və xəstəliyin əlamətləri olan insanla təmasda olmamısınızsa yoluxma riski aşağıdır. Bununla belə başa düşülən səbəblərdən bu sizdə narahatlıq hissi yarada bilər. Faktları bilmək riskləri daha yaxşı qiymətləndirməyə və səmərəli tədbirlər görməyə imkan verir.

COVID‑19 virusunun və xəstəliyin yaşadığınız ərazidə yayılması haqqında dəqiq məlumatlar sizə xidmət göstərən tibb müəssisəsində, ölkənizin səhiyyə orqanlarında ola bilər. Bölgənizdəki vəziyyətin dinamikası haqqında məlumatlı olmaq və müvafiq fərdi qorunma tədbirləri görmək vacibdir. Əgər COVID‑19 virusunun yayıldığı bölgədəsinizsə, virusa yoluxma ehtimalına çox ciddi yanaşın.

Mərkəzi və yerli səhiyyə orqanlarının göstərişlərinə əməl edin. Əksər hallarda COVID-19 yüngül keçir, lakin bəzi insanlar xəstəliyi olduqca ağır keçirirlər. Nadir hallarda xəstəlik ölümcül ola bilər. Risk qrupuna yaşlı insanlar həmçinin somatik xəstəlikləri olan şəxslər (məsələn, arterial hipertenziya, ürək xəstəliyi və ya diabet) aiddir.

Ev hayvanından virusa yoluxa bilərəm?

Xeyr. Hazırda ev heyvanları (pişik, it) arasında 2019­nCoV xəstəliyinə yoluxma halları və ya onlar tərəfindən virusun yayılması haqqında məlumat mövcud deyil.

Digər Xəbərlər
Xəbər Lenti