
Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qocanın son paylaşımı maraqla qarşılanıb.
Sportinfo.az xəbər verir ki, nazir fotoya “bu mesaj Samsundan gəlib, hamının görməsini istəyirik” şərhini yazaraq paylaşıb.
Fotoda əllərində plakat tutan bacı-qardaş vətəndaşlara bu sözlərlə müraciət edib: “Bizim anamız həkim, atamız əsgərdir. İkisi də işləyir. Onlara icazə olmadığından biz evdə qaldıq. Ana və atamızı görməyimiz üçün siz də evdə qalın”.