COP29

Hər komandanın belə gözəlləri olsa... FOTOLAR

21 İyun 02:20 Maraqlı 505
Hər komandanın belə gözəlləri olsa... FOTOLAR

İyunun 18-də Portuqaliya millisi Avro-2024-də mübarizəyə qoşuldu.

F qrupunda yer alan komanda Çexiya üzərində əzmkar qələbə qazandı - 2:1.

"Avropalı braziliyalılar" turnirin favoritlərindən biri hesab edilir. Niyə də yox? Güclü heyətə malik prineylilərin düşərgəsindəki adlar bunu deməyə əsas verir:

təcrübəli Bernardo Silva və Bruno Fernandes, gənc və istedadlı Joao Feliks və Rafael Leao və təbii ki, əfsanəvi Kriştiano Ronaldo.

Portuqaliyalıların təkcə meydanda deyil, həm də tribunalarda güclü heyəti var. Onları tribunada xanımlardan ibarət azarkeş qrupu dəstəkıyir. Belə gözəllərin dəstəyi ilə yalnız qələbə mümkündür.

Qrupa başçılıq edən Corcina Rodrigezin təqdimata ehtiyacı yoxdur. Hamı bilir ki, o, Kriştiano Ronaldonun əsas fanatı və beş uşağının anasıdır.

İnes Tomas "Siti"nin ulduzu Bernardo Silva ilə evlidir Cütlük 2020-ci ildə ailə həyatı qurub.

Anna Pinyo “Mançester Yunayted”in kapitanı Bruno Fernandesi dəstəkləyir. Cütlük yeniyetməlik illərindən birlikdədir və iki övladları var.

Daniéla Maçado – Joao Kanselonun həyat yoldaşı Cütlük 2011-ci ildə görüşməyə başlayıb. 2019-cu ildə qız övladları dünyaya gəlib.

Patrisiya Palares müğənni və "Fulhem" oyunçusu Joao Palinyanın həyat yoldaşıdır. Cütlük bir oğul böyüdür

Karolina Kunya Pedro Netonu dəstəkləyir. O, "Vulverhempton"un üzvü ilə 2022-ci ildən birlikdədir.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!
12 İyul 11:00 Bir az bəri gəlin...
12 İyul 08:20 Daha bir transfer etdi
12 İyul 08:10 Millimiz yarımfinalda
12 İyul 01:00 "Sabah" icarəyə verdi