Əynində "Əl Nəsr" forması, əlində Azərbaycan bayrağı Ronaldonu gözləyən tanınan sima - FOTO

22 Yanvar 2023 17:40 Maraqlı 4 740
Əynində "Əl Nəsr" forması, əlində Azərbaycan bayrağı Ronaldonu gözləyən tanınan sima - FOTO

Bu gün Səudiyyə Ərəbistanı çempionatında 15-ci turun matçları start götürəcək.

Cari tur Cristian Ronaldonun yerli çempionatada debüt etməsi ilə tarixə düşəcək.

Belə ki, dünya ulduzunun qış transfer pəncərəsində transfer olunduğu "Əl Nəsr" doğma meydanda "Əl İttifaq" komandasını qəbul edəcək.

Dünya futbol ailəsinin maraqla gözlədiyi qarşılaşmanı izləyənlər arasında bizə yaxşı tanış olan sima da yer alacaq.

Söhbət ölkəmizdə AZAL və "Turan" klublarında çıxışları ilə tanınan gürcüstanlı legioner Nuqzar Kvirtiyadan gedir.

33 yaşında karyerasını başa vuran və hazırda ölkəmizdə blogger fəaliyyəti ilə məşhurluğunu daha da artıran Nuqzar Səudiyyə Ərəbistanındadır.

Ronaldo fanatı olan sabiq futbolçu sevimli oyunçusunu yaxından izləmək üçün bu ölkəyə gedib.

Gürcüstanlı oyunun keçiriləcəyi stadionda olub.

O, əynində "Əl Nəsr" forması, əlində isə Azərbaycan bayrağı olan fotosunu öz sosial şəbəkə hesabında izləyiciləri üçün bölüşüb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti