"Zirə" - "Makkabi" görüşü üçün sabiq "Qarabağ"lıya XÜSUSİ DƏVƏT - FOTO

22 İyul 2022 23:00 Maraqlı 1 929
"Zirə" - "Makkabi" görüşü üçün sabiq "Qarabağ"lıya XÜSUSİ DƏVƏT - FOTO

“Zirə” dünən Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında “Makkabi” (Təl-Əviv) ilə qarşılaşdı.

Təmsilçimizin məğlub olduğu görüşə (0:3) dəvət alan xüsusi qonaqlar arasında “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimov da yer alıb.

Nurlan bəyə xüsusi dəvət qəsəbə təmsilçisinin baş meneceri, mətbuatın yaxın dostu Elman Himayətoğlundan gəlib.

Dediyi hər sözə sadiq şəxs kimi tanınan Himayətoğlunun İbrahimova göndərdiyi və üzərinə “dəyərli qardaşım Nurlan bəyə” yazılmış zərfində qarşılaşmaya giriş biletləri, avtomobil üçün xüsusi buraxılış vərəqəsi olub.

Sabiq “Qarabağ” rəsmisi bu barədə öz sosial şəbəkə hesabından təşəkkür postu paylaşıb.

44 günlük Vətən müharibəsi zamanı "Feysbuk" səhifəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırıb.

“Qarabağ” isə 100 000 avro cərimələnib. O, ötən il yanvar ayının 19-da 15 ildən artıq çalışdığı Ağdam təmsilçisindən ayrıldığını açıqlayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti