Türkiyədə “tikiş”i tutmadı, geri qayıtdı, MƏSXƏRƏYƏ QOYULDU

1 İyul 2022 19:40 Maraqlı 1 331
Türkiyədə “tikiş”i tutmadı, geri qayıtdı, MƏSXƏRƏYƏ QOYULDU

Azərbaycanlı futbolçuların ölkə xaricində çıxış etməyə başlaması sevindirici olduğu qədər, vətənə qayıtmaları da ən azı bir o qədər kədərli və üzücüdür.

Bunu hər dəfə sonuncu hal yaşananda görməmək mümkün deyil.

Azarkeşlər haqqlı olaraq həmin futbolçuları ciddi tənqid edir və bacarıqsız, iradəsiz adlandırır.

Sonuncu dəfə belə hal Vüsal İsgəndərli ilə bağlı yaşanıb. Belə ki, ötən mövsümü Türkiyənin I Liqa təmsilçisi "Keçiörengücü"də keçirən yarımmüdafiəçi daim futbol ictimaiyyəti tərəfindən diqqət görürdü.

Milli komandaya dəvət almadığı üçün zaman-zaman ona böyük dəstək olanlar yığmanın çalışdırıcısı Canni De Byazini tənqid edirdi.

Hamı düşünürdü ki, Vüsal bu il Türkiyədə daha sanballı komandalardan birinə keçər. Dəvətlər də yox deyildi. Amma o, mövsüm bitməmiş üz tutdu ölkəmizə.

Öncə "Sumqayıt"ın məşqlərinə qoşulan 25 yaşlı cinah yarımmüdafiəçisi mətbuata açıqlamalarında Sumqayıt təmsilçisində formada qalmaq üçün məşq etdiyini və yenidən legioner həyatı yaşayacağını dilə gətirirdi.

Amma bir neçə gün əvvəl məlum oldu ki, İsgəndərli "kimyaçılar"la 2 illik anlaşmaya imza atıb.

Məhz bundan sonra sosila şəbəkələrdə böyük futbol səhifələrindən biri sayılan "9LuG" öz hesabından "Sumqayıt"dan sonra da "Səbail"ə, ordan da "Şamaxı"ya gedər" başlığı ilə Vüsalın fotosunu izləyiciləri ilə paylaşıb.

Postundan şərh bölümündə demək olar hamı futbolçumuzu ələ salıb və qərarını sərt tənqid edib:

"Utanmaz-utanmaz hələ bir narazı idi. Məni niyə milliyə çağırmırlar. Ay mən xaricdə oynayıram, ay mən belə qol vururam".

"Bəziləri bunu ulduz görürdü. Niyə milliyə çağrılmır deyirdilər. Zaman onun hansı səviyyədə futbolçu olduğunu göstərdi".

"Limit var idi. Hamısı məcbur gedirdi. İndi limiti də götürdülər. Ona görə qayıdıblar".

"Çox keçməz, Mahir də gələr. Vəli Qasımovdan başqa parlaq karyerası olan azərbaycanlı futbolçu yoxdur. Bu da ümumən Azərbaycan futbolunun zəif və futbolçularının iradəsiz olması deməkdir. Gürcü və ermənilər bizdən az büdcə ilə avropaya futbolçu ötürür. Biz heç vaxt düzəlməyəcəyik. Heç vaxt!!!".

"Sürünmək üçün yaranan heç vaxt uça bilməz".

"Baxma, gələn il "Şamaxı"ya gedər. Yazı da yazar "yuvama geri döndüm".

"Bir azdan özümüzü "Azərbaycanın yeganə legioneri dəqiq ötürmə ilə oyunda öz izini qoydu" tipli başlıqlar görməyə hazırlamalıyıq".

"Naxaq gəldi. Qalıb ən yaxşısı karyerasını davam edərdi. Azərbaycanda nə var?".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti