Qara Qarayevin şəhid azarkeşə verdiyi söz və...

21 May 2022 19:40 Maraqlı 762
Qara Qarayevin şəhid azarkeşə verdiyi söz və...

"Qarabağ"ın çempion ola bilmədiyi ötən mövsümün sonu yarımmüdafiəçi Qara Qarayayev anlamlı jesti ilə diqqət çəkmişdi.

Belə ki, təcrüblə oyunçu mövsümün son oyunundan sonra Vətən müharibəsində şəhid olan "İmarət" azarkeş qrupunun üzvü Məhəmmədəli İbrahimlinin məzarını ziyarət etmişdi.

Futbolçu qazandığı gümüş medalı şəhidimizə həsr edərək, onu Məhəmmədəlinin məzarından asmış və "Çox istərdim ki, ziyarətinə qızıl medalla gəlim. İnşallah, növbəti mövsüm qismət olar" sözlərini dilə gətirmişdi.

Cəmi bir il sonra hər şey Qara Qarayevin şəhidimizin məzarı başında dediyi və arzuladığı kimi oldu.

31 yaşlı oyunçu bu gün axşam "Neftçi" ilə matçdan sonra öz qızıl medalına qovuşacaq. Beləlik də ötən il qızıl medalın yoxluğu fonunda üzüntü ilə Məhəmmədəlini ziyarət edən futbolçu bu mövsümün sonu söz verdiyi, arzuladığı qızıl medalla şəhidimizin ziyarətinə gedə biləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"