Millimizin sabiq braziliyalısın 15 il əvvələ aparan HADİSƏ

6 Aprel 2022 09:40 Maraqlı 1 274
Millimizin sabiq braziliyalısın 15 il əvvələ aparan HADİSƏ

Azərbaycan millisində çox sayda milliləşdirilmiş əcnəbi oyunçu çıxış edib.

Əksəriyyəti nə meydana çıxdığı matçlarda yığmamıza fayda verib, nə də meydandan kənarda ölkəmizə doğmalıq hiss etdirib.

Amma aralarında az sayda adını çəkə biləcəyimiz simalar var ki, onlar zaman-zaman ötən illəri yada salar, milli komandamızdakı günlərini xatirələrində xoş hisslərlə canlandırır.

Məsələn, braziliyalı Andre Ladaq kimi. Zaman-zaman Azərbaycanla bağlı paylaşımları ilə diqqət çəkən sabiq milli üzvü bu dəfə sosial şəbəkə hesabından 15 il əvvəl yığma formasında fərqləndiyi yeganə qolun videosun paylaşıb.

Cərimə zərbəsindən kifayət qədər baxımlı vurulan qol 2006-cı il AÇ-2008-in Qazaxıstanla baş tutan seçmə mərhələ görüşünə təsadüf edir.

Milliləşdirilən legioner 2006-2008-ci illər Azərbaycan millisində çıxış edib. O, bu müddətdə 11 matça çıxıb və 1 qol vurmağı bacarıb.

46 yaşlı Andre Ladaqa ölkəmizdə 2004-2008-ci illər aralığında “Bakı”nın, 2009-cu ildə “Karvan”ın formasında 100-dən çox oyuna çıxıb, ölkə çempionluğunu və ölkə kubokunu qazanıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!