MƏŞHURLARDAN SEÇMƏLƏR: "Qurban Qurbanov dünyanın ədalət simvoluna çevrildi"

25 Fevral 2022 10:40 Maraqlı 1 302
MƏŞHURLARDAN SEÇMƏLƏR: "Qurban Qurbanov dünyanın ədalət simvoluna çevrildi"

Dünən Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündə "Marsel"ə doğma meydanda məğlub olan (0:3) "Qarabağ" avrokuboklarla vidalaşdı.

Matçın ilk hissəsində yaşanan olay isə hər şeyi arxa plana atdı. Matç bitmədən belə "Qarabağ"ın qalib kimi təqdimatına yola açdı.

Belə ki, 35-ci dəqiqədə İbrahima Vadji əli ilə vurduğu qolla oyunda bərabərlik yaratdı. Hakim epizodu görməyincə qol qeydə aldı. Amma Qurban Qurbanovun qətiyyətli qərarı olmasaydı.

Təcrübəli mütəxəssis hücumçusunu yanına çağıraraq ondan həqiqəti öyrəndi. Və qolun əllə vurulduğunu bildiyi anda ondan hakimə yaxınlaşıb etiraf etməsini tələb etdi. Beləcə tarixə düşəcək feyr-pley addımı gerçəkləşmiş oldu.

Qərar sosial şəbəkələrdə də geniş müzakirə olundu. Əksəriyyət Qurbanovun qərarını dəstəkləyən statuslar yazdı. Maraqlı olacağını nəzərə alıb, futbol camiəsində kifayət qədər tanınmış simaların reaksiyalarını sizə təqdim edirik.

Anar Xanlarov (Rekord.az) - "AFFA-ın gətirə bilmədiyi VAR-ı Qurban Qurbanov Azərbaycana gətirdi, əhsən!".

Ceyhun Rzayev ("Futbolumuz" verilişinin aparıcısı) - "Qurban Qurbanov ölkə hüdudlarını aşıb, dünya futbolunun ədalət simvoluna çevrildi!".

Nihat Ağasoy (Fanat.az) - "Daha qeyri-adi nəsə olmasa, Konfrans Liqasının feyr-pley mükafatını Qurban Qurbanov alacaq. Bunu etiraf etməyə hər insanın ürəyi, xarizması, düzgünlüyü imkan verməz. Bu gecə qalib tərəf "QARABAĞ"dı!

Digər tərəfdən, UEFA mükafatı versə də, verməsə də, Qurbanovun əxlaq dərsi verməsi hər birimizi qürurlandırmalıdır. Hesabdan, nəticədən də önəmli FUTBOL ƏXLAQIDIR!

Səbuhi Səfiyarlı (Menecer) - "Argentina, Çili kimi yığmalarda, Marsel klubunda baş məşqçi olan Sampaoli eləyərdimi? Eləməzdi məncə...".

Elnur Memmedli (Teleşərhçi) - "Qurban Qurbanov kimi məşqçilər olan yerdə heç VAR-a ehtiyac yoxdur".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"