Sabiq "Neftçi" və Qəbələ"li məşqçilər sadiqlər siyahısında

7 Avqust 2021 10:40 Maraqlı 878
Sabiq "Neftçi" və Qəbələ"li məşqçilər sadiqlər siyahısında

Klublarına sadiq qalan futbolçuların siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "24smi.com" saytı araşdırma aparıb.

Siyahıda "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams və "Neftçi"yə rəhbərlik etmiş İqor Netto da yer alıb.

Adams 1983 - 2002-ci ildə İngiltərə "Arsenal"ının formasını geyinib. Müdafiəçi 1988-ci ildə London təmsilçisinin ən gənc kapitanı olub və 14 il kapitanlıq sarğısını taxıb.

İqor Netto isə 1949 - 1966-cı illərdə Rusiyanın "Spartak" (Moskva) klubunun şərəfini qoruyub. 18 ilini paytaxt təmsilçisinə həsr etmiş keçmiş yarımmüdafiəçi bu göstəriciyə görə klub rekordunu da qırıb.

Siyahıda həmçinin avqustun 5-də İspaniya "Barselona"sından ayrılan Lionel Messi (2003 - 2021), İngiltərə "Mançester Yunayted"inin sabiq oyunçusu Rayan Giqqz (1990 - 2014), İtaliya "Milan"ının keçmiş müdafiəçisi Paolo Maldini (1984 - 2009), Moskva "Dinamo"sunun əfsanəvi qapıçısı Lev Yaşin (1950 - 1970), İtaliya "Roma"sının sabiq kapitanı Françesko Totti (1992 - 2017) və Rusiya MOİK-inin hücumçusu Vladimir Fedotov (1960 - 1975) da var.

Qeyd edək ki, Toni Adams 2010-cu il mayın 11-dən 2011-ci ilin noyabrınadək “Qəbələ”də baş məşqçi, sonralar isə klub prezidentinin müşaviri və idman direktoru vəzifələrində çalışıb. İqor Netto isə 1979-cu ildə "Neftçi"nin baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"