Elxan Məmmədov UEFA-dakı həmkarı ilə görüşdü

21 İyun 2021 16:20 Maraqlı 901
Elxan Məmmədov UEFA-dakı həmkarı ilə görüşdü

UEFA-nın baş katibi Teodor Teodoridis Avro-2020-nin A qrupu çərçivəsində iyunun 20-də Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə - Türkiyə qarşılaşmasını arenadan canlı izləyib.

Sportinfo.az xəbər verir ki, bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Teodoridislə görüşüb. Görüşdə Avro-2020-nin Bakıda keçirilən oyunları ilə bağlı müzakirələr aparılıb. UEFA rəsmisi təşkilatı işlərdən məmnunluğunu ifadə edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”