Təşəkkürlər, Elxan Məmmədov!

14 Fevral 2020 13:12 Köşə 1 979
Təşəkkürlər, Elxan Məmmədov!

Ürəyim lap kabab oldu. Adamı belə sındırmazlar axı, zalım balası.

Elxan Məmmədova hörmətim xeyli artır.

Adam azərbaycanlı futbol veteranlarının əslində hansı əqidə sahibləri olduqlarını bütün çılpaqlığı ilə göstərir bizə. Vaqif Sadıqov AFFA-nın vitse-prezidenti seçilər-seçilməz ideya vermişdi: Azərbaycanda U-23 yığması yaradılsın. Əsaslandıra da bilməmişdi bu ideyanı.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da deyib ki, bizə belə yığma lazım deyil. Özü də mükəmməl şəkildə əsaslandırıb bunu.

Deyib ki, 22-23 yaşlı futbolçu əsas yığmada oynamalıdır.

Əhsən! Tamamilə doğru yanaşma. Adam düz deyir də, indi 22-23 yaşlı futbolçu “Qızıl top” alır ey. Əgər bir futbolçu 23 yaşında əsas yığmaya dəvət olunmayıbsa, deməli, onun perspektivi yoxdur. Elxan Məmmədov sübut etdi ki, futbolu, özünə mütəxəssis deyən bu adamlardan qat-qat yaxşı bilir.

Elxan Məmmədov həm də dedi ki, “Azərbaycan futboluna futbol mütəxəssisləri rəhbərlik etməlidir” iddianızı da yığışdırın. Budur sizin futbol mütəxəssisləriniz: Vaqif Sadıqov. İdeyasına bax bir. Hələ o ideyanı dəstəkləyənləri demirəm.

Haqlısan, Elxan müəllim. Təşəkkür edirəm sizə. Bunların əsl simalarını bizə çılpaqlığı ilə tanıtdırdığınız üçün. Bunların 1000 manata görə hər şeylərini satmağa hazır olduqlarını göstərdiyiniz üçün. Ürəyim lap kabab oldu. Adamı belə sındırmazlar axı, zalım balası. Yazıq Vaqif Sadıqov...

Natiq Muxtarlı

Xəbər Lenti