"Həmin səhnə gözümün qabağından gəlib keçəndə, tüklərim biz-biz olur"

21 Oktyabr 2020 12:44 Şamaxı 777
"Həmin səhnə gözümün qabağından gəlib keçəndə, tüklərim biz-biz olur"

«Ordumuz təsəvvür etdiyimizdən də güclü və istəklidir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Keşlə»nin idman direktoru Ramiz Məmmədov deyib.

«Keşlə» Azərbaycan Ordusuna öz maddi-mənəvi dəstəyini nümayiş etdirib. Klubun Müşahidə Şurasının sədri Zaur Axundovun təşəbbüsü ilə bu aksiya gerçəkləşib.

Cəbhə bölgəsində olan Ramiz Məmmədov klubun böyük sovqatını ordu bölmələrinin nümayəndələrinə təqdim edib, əsgərlərlə görüşüb, onlarda bir qədər də ruh yüksəkliyi yaradıb:

«Bu mənzərəni sözlə təsəvvür etmək mümkün deyil. Gərək, gedib onu özün görəsən. Cəbhədə vuruşan komandirlərimizin, əsgərlərimizin əhval-ruhiyyəsi elədir ki, sanki toy-bayramdır.

Ali Baş Komandanımız İlham Əliyevin hər çıxışı, hər açıqlaması onlara inanılmaz güc verir. Ordunun heç nəyə ehtiyacı yoxdur, hər şey yüksək səviyyədə təmin olunub. əsgərlərə yalnız mənəvi dəstək lazımdır.

Düşünürəm ki, tanınmış idman adamları, veteranlar cəbhə bölgəsinə nə qədər tez-tez yollansa, lap yaxşı olar. Ola bilər ki, həmin şəxs orada döyüşən əsgərin nəvaxtsa kumiri olub.

İndi onu canlı görsə, üzbəüz söhbət eləsə, düşünün ki, həmin əsgər nə hisslər keçirər, necə ruhlanar. Biri var, televizordan tanımaq, bir də var, canlı.

Ölkənin tanınmış futbolçularına, futbol adamlarına tövsiyə edərdim ki, əsgərlərimizə bu sevinci yaşatsınlar. Çünki onlar cəbhədə bizim, yəni, Azərbaycan üçün vuruşur.

Özüm şahidiyəm ki, atalar, analar övladlarını cəbhəyə necə yola salır, uğurlar arzulayır. Hər dəfə həmin səhnə gözümün qabağından gəlib keçəndə, tüklərim biz-biz olur, bir az da qürurlanıram, fərəh hissi keçirirəm.

İndi Azərbaycan üçün tarixi günlərdir. Cənab prezidentimiz demək olar hər gün işğaldan azad edilən yeni-yeni kəndlər barədə açıqlama yayır, xalqı sevindirir.

Bilirsiz ki, orduda könüllü xidmətlə bağlı müraciət etmişəm. Hər an çağırış gözləyirəm. Orada gördüyümüz əsgərlər isə deyirlər ki, orta nəslin nümayəndələrinə, yaşlılara ehtiyac yoxdur, ermənilərin öhdəsindən elə özümüz gəlirik.

Belə qeyrətli oğullar yetişdirən Azərbaycan xalqını heç kim sındıra, əyə bilməz. Bizim xalq çox qeyrətli, torpağını sevəndir. İndi biz də əlimizdən nə gəlirsə, etməliyik, dövlətimizin, ordumuzun yanında olmalıyıq.

Mingəçevirin idman ictimaiyyətinin, tanıdığım şəxslərin əsgərlərə yardım etmək üçün səfərbər olduqlarını deməliyəm. Qohumlardan, tnıdığım şəxslərdən nə qədər adam orduya yollanıb.

Bu istək, bu torpaq həsrəti ki var, inanın mənə, erməniləri yuvasına kimi qovacağıq! Düzdür, ermənilərin öz torpağı, yeri, yurdu yoxdur, ancaq mən şübhə eləmirəm ki, qısa zamanda onları vurub Azərbaycanın sərhədlərindən kənara çıxacaracağıq. Buna bir şey qalmayıb. Qələbə tezliklə bizimlədir!

Çalışdığım «Keşlə» klubu orduya dəstək kampaniyasında yaxından iştirak edir. Zaur müəllim ilk gündən deyib ki, hamımız əsgərlərimizin yanındayıq.

Cəbhə bölgəsinə yardım aparmağımıza böyük köməklik göstərdi. Bu işi bu gün də davam etdiririk, sabah da davam etdirəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti