Zaur Axundov barədə hansı futbolçu bu sözü deyə bilər?

20 Sentyabr 2020 14:20 Şamaxı 1 014
Zaur Axundov barədə hansı futbolçu bu sözü deyə bilər?

«Üç həftədir buradayam, təəssüratlarım çox yaxşıdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Keşlə»nin müdafiəçisi Rail Məlikov deyib.

Yayın ortasında «Sumqayıt»la vidalaşan, sentyabrın lap əvvəlində paytaxt təmsilçisinə gələn millinin sabiq üzvü hələlik yeni komandasında debüt etməyib.

Bununla belə, təcrübəli futbolçu «Keşlə»də hər şeyin ürəyincə olduğunu bildirib: «Klubda futbolçulara hər cür şərait yaradılıb. Zaur Axundov vaxtilə çıxış etdiyim adlı-sanlı klublarda gördüyüm prezidentləri mənə xatırladır.

O. kollektivə hər cür şərait yaradıb ki, həm futbol, həm də futbolçu inkişaf eləsin. Zaur müəllim hətta futbolçuların ən xırda problemləriylə maraqlanır, köməklik göstərir.

Bütün bunlardan sonra burada yaxşı nəticələr əldə etmək olar. Mehriban kollektivimiz var. Məşqçi korpusunun bizlərə münasibətindən ancaq razılıqla danışa bilərik.

Gündəlik məşqlər, futbolçulara yanaşma tərzi gözəldir. Ən önəmlisi də Zaur müəllimin komandaya verdiyi motivasiyadır. «Keşlə»də hamı böyük-kiçik yerini bilir, bir-birinə dəstək olur.

Sevinirəm ki, karyeramı başa vurmağa hazırlaşdığım son 1-2 ildə yenə ambisiyalı klubbdayam, yüksək hədəflər uğrunda mübarizə aparırıq. Allah nəsib eləsə, bütün məqsədlərimizə çatacağıq. Ö

züm də karyeramı bu klubda başa vurmaq istəyərdim. Düzdür, hələlik meydana çıxmamışam. Amma hər məşqdə var qüvvəmi qoyuram ki, Yunis Hüseynovun etimadını qazanım. Tezliklə baş məşqçinin mənə şans verməsini gözləyirəm».

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi