"Keşlə" Tərlan Əhmədovu baş məşqçi vəzifəsindən uzaqlaşdırdı

8 Avqust 2020 14:36 Şamaxı 1 889
"Keşlə" Tərlan Əhmədovu baş məşqçi vəzifəsindən uzaqlaşdırdı

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov istefaya göndərilib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun Müşahidə Şurası qərar qəbul edib.

Toplantıda 49 yaşlı mütəxəssislə müqavilənin uzadılmaması məqsədəuyğun sayılıb. Baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq məşqçi Zaur İsmayılova tapşırılıb.

Tərlan Əhmədov "Keşlə"yə 30 oktyabr 2018-ci ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında paytaxt təmsilçisi ilk mövsümündə Azərbaycan Premyer Liqasını sonuncu, 2019/2020 mövsümünü isə bürünc medalla başa vurub. 2020/2021 mövsümündə "Keşlə" Avropa Liqasında çıxış etməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”