“Aziz Yıldırım Bakıya getməklə şəxsi planlarını üstün tutdu, cəzasını komanda çəkir“

11:20 Türkiyə 137
“Aziz Yıldırım Bakıya getməklə şəxsi planlarını üstün tutdu, cəzasını komanda çəkir“

“Fənərbağça” Türkiyə Superliqasının 10-cu turunda öz meydanında “Göztəpə”yə 1:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, yerli mətbuat “sarı-lacivərdlilər”in son oyunlarındakı uğursuzluğunu araşdırıb.

Türkiyə mətbuatı komandanın oktyabrın 3-də “Turan Tovuz”la dostluq matçı üçün Bakıya gəlməsinin də buna ciddi təsir göstərdiyini düşünür.

Yerli mütəxəssislərin fikrincə, “Fənər” həm fiziki güc sərf edib, həm də aparıcı futbolçusunu itirib.

Buna görə klub prezidenti Aziz Yıldırımı qınayanlar heç də az deyil: “Milli komandalarla bağlı yaranmış fasilədə Bakıya getmək yanlış qərar idi.

Aziz Yıldırım şəxsi planlarını üstün tutaraq bu addımı atdı ki, cəzasını komanda çəkir. Ən böyük itki isə Marko Asensio oldu.

İspaniyalı komandanın aparıcı üzvünə çevrilmişdi və yaxşı forma yığmışdı. Belə bir vəziyyədə onun adi yoxlama oyununda zədələnməsi bütün planları pozdu.

Son oyunlardakı xal itkiləri “Fənərbağça”ya həm Superliqada, həm də Çempionlar Liqasında baha başa gələ bilər”.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Fənərbağça” “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol