Yusif Avropa birinciliyində gümüş medal qazandı

04:30 Karate 81
Yusif Avropa birinciliyində gümüş medal qazandı

Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı WSF Avropa Ölkələri Şotokan Karate Birinciliyində gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 14-15 yaşlı idmançıların mübarizəsində 70 kiloqramadək çəki dərəcəsində çıxış edən təmsilçimiz uğurlu nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.

Gənc karateçimizin beynəlxalq yarışda qazandığı medal Azərbaycan idmanı üçün növbəti uğurlu nəticə olub.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!