“Rekordlar məni maraqlandırmır” - 937-ci qolunu vuran Messi

00:20 Dünya futbolu 98
“Rekordlar məni maraqlandırmır” - 937-ci qolunu vuran Messi

“İnter Mayami”nin 39 yaşlı hücumçusu Lionel Messi karyerasında 937-ci qolunu vurmasına münasibət bildirib.

Argentinalı futbolçu MLS-in müntəzəm çempionatında “Nyu-İngland Revolyuşn”la keçirilən və 2:1 hesabı ilə başa çatan matçda fərqlənib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra Messi 1000 qol həddinə çatmağı hədəfləyib-hədəfləmədiyi ilə bağlı suala belə cavab verib:

“​​Karyeramda 937-ci qolumu vurmuşam? Vay, doğrudan? 1000 qola çatmağa çalışıram? Xeyr, heç bir hədəfin arxasınca qaçmıram.

Həmişə demişəm ki, rekordlar məni maraqlandırmır. Sadəcə, futboldan zövq almaq istəyirəm”.

Messi cari mövsümdə “İnter Mayami”nin heyətində 33 oyuna çıxıb, 29 qol vurub və 16 məhsuldar ötürmə verib. Onun ABŞ klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!