Xankəndidə ilk dəfə rəsmi imtahan keçirildi

04:40 Cüdo 89
Xankəndidə ilk dəfə rəsmi imtahan keçirildi

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə Xankəndində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Sportinfo.az xəbər verir ki, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə baş tutan imtahanda 78 cüdoçu iştirak edib.

İdmançılar yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bu mərhələ həm də nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!