“Mançester Yunayted”in məşhur personası “Sahah”ı izlədikdən sonra... FOTO

2 Noyabr 23:20 Sabah 161
“Mançester Yunayted”in məşhur personası “Sahah”ı izlədikdən sonra... FOTO

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Dortmund “Borussiya”sının Çempionlar Liqasının 3-cü turunda “Sabah” üzərində 2:1 hesablı qələbəsinin memari Seru Girassinin çıxışını yüksək qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Bakıdakı matçda dubla imza atan 30 yaşlı hücumçunun ünvanına tərif yağdırıb.

Onun fikrincə, Giassi daha böyük klubda oynamağa layiqdir: “Bu futbolçuya baxanda bəzən düşünürsən ki, niyə layiq olduğu qədər tanınmır?

Mənim üçün o, yüksək səviyyəli hücumçudur və düşünürəm ki, hələ də lazımi qiyməti almır”.

Ferdinand əlavə edib ki, Girassi olmasaydı, “Borussiya” “Sabah” da daxil olmaqla, bəzi görüşlərdə çətin duruma düşərdi: “Borussiya”nın Girassisiz harada olacağını həqiqətən düşünürəm.

O, qollar vurur, vacib oyunlarda fərq yaradır və həm Çempionlar Liqasında, həm də Bundesliqada özünü göstərə bildiyini sübut edir”.

İngiltərəli mütəxəssisin fikrincə, qvineyalı forvard dünyanın ən böyük klublarında oynamaq potensialına malikdir:

“Sabah”la qarşılaşmada vurduğu qollar onun keyfiyyətini bir daha göstərdi. “Borussiya”nın böyük klub olmasına hörmətsizlik etmək istəmirəm, amma düşünürəm ki, Girassinin daha yüksək səviyyədə oynamaq potensialı var.

Özünüzə sual verməlisiniz: belə hücumçu dünyanın ən böyük klublarından birində oynamalı deyilmi? Daim belə statistika göstərən hücumçu ən böyük titullar uğrunda mübarizə aparmağa layiqdir”.

Seru Girassinin “Borussiya” forması ilə bütün turnirlərdə 106 oyunda 66 qolu var.

7bc461c1 7a53 4492 8ae5 e4e6e73546f6 - Futbolinfo.az
Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!