“Sabah” Çempionlar Liqasında növbəti oyuna hazırlaşır. Avropanın bir nömrəli klub turnirinin liqa mərhələsinin 4-cü turunda təmsilçimizin rəqibi Norveç çempionu “Vikinq”dir.
"Bayquşlar” bu qarşılaşmaya ciddi itki ilə çıxa bilər.
“Qarabağ”la oyunda ayağında ağrılar hiss etdiyi üçün əvəzlənən Velko Simic “Turan Tovuz”la səfər matçında iştirak ərizəsinə daxil edilməmişdi.
Buna səbəb serbiyalı yarımmüdafiəçinin ayağında ağrılar hiss etməsiydi.
Simic artıq komanda ilə yüngül məşqlərə başlasa da, noyabrın 4-dək hansı vəziyyətdə olacağı hələlik bəlli deyil. Futbolçunun meydana çıxıb-çıxmayacağı ilə bağlı son qərarı komandanın həkimləri oyundan bir gün əvvəl və ya matç günü verəcəklər.
Odur ki, Velkonun “Vikinq”lə qarşılaşmada iştirakı hələ də sual altındadır.
Noyabrın 4-dən 5-nə keçən gecə, saat 00:00-da başlayacaq qarşılaşma “Vikinq”in stadionunda keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ
