"Premyer Liqa bizim üçün Çempionlar Liqası qədər vacibdir"

02:20 Sabah 81
"Premyer Liqa bizim üçün Çempionlar Liqası qədər vacibdir"

“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev Çempionlar Liqasının üçüncü turunda Bakıda “Borussiya”(Dortmund) komandasına 2:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Sportinfo.az saytına açıqlama verən İsayev matçla bağlı danışıb:

"Bütün şanslarımızdan yararlana bilmədik. Axı “Borussiya”ya qarşı oynayırdıq.

Daha dəqiq olsaydıq, daha yaxşı nəticə əldə edə bilərdik. Bu kimi rəqiblərə qarşı şanslarımızı maksimum dərəcədə artırmalıyıq.

Növbəti turda “Vikinq”lə qarşılaşacağıq. Öz oyunumuzu oynayacağıq və qələbəyə çalışacağıq.

Premyer Liqa bizim üçün Çempionlar Liqası qədər prioritetdir".

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!