"Sportinfo TV"də “Futbol Masası” verilişinin növbəti buraxılışı yayımlanıb.
Həbib Aslanovun aparıcılığı ilə təqdim olunan proqramın budəfəki qonağı Zamir Həsənov olub.
Uzun illər müxtəlif klublarda və milli komandalarda çalışan, ötən mövsüm “Şəfa” ilə I Liqanın çempionu olan mütəxəssis hazırda U-19 millimizdə köməkçi məşqçi, eyni zamanda AFFA-nın Maarifləndirmə Departamentində təlimçi kimi fəaliyyət göstərir.
Həsənov proqramda bir sıra maraqlı məqamlara toxunub.
Söhbət zamanı ölkəmizdə keçirilən U-15 milliləri arasında dünya çempionatı, məşqçilərə kateqoriyaların verilməsi və digər aktual məsələlər müzakirə olunub.
Bununla yanaşı, qonaqla ona yaxşı tanış olan I Liqanın hazırkı mənzərəsi ətrafında fikir mübadiləsi aparılıb.
Zamir Həsənov yaxın keçmişdə çalışdığı iki klub – “Şəfa” və “İmişli”dən hansının onun üçün daha doğma olduğunu da açıqlayıb açıqlayıb.
“Futbol masası”nın baş sponsoru “Muno365” şirkətidir.
“Muno365” - Süni intellekt dəstəkli yeni nəsil biznes idarəetmə platforması! Restoran, kafe, ticarət, istehsalat və müxtəlif biznes sahələri üçün hazırlanmış innovativ ekosistemdir.
“Muno365” - Satış, maliyyə, anbar, personal və digər prosesləri vahid platformada birləşdirir, biznes göstəricilərini təhlil edir, riskləri aşkarlayır və strateji qərarların qəbuluna ağıllı dəstək verir.
“Muno365” - Sadəcə, idarəetmə proqramı deyil, biznesinizin rəqəmsal gələcəyidir!
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
