"Sabah" onu da özüylə Norveçə apardı

07:30 Sabah 103
"Sabah" onu da özüylə Norveçə apardı

“Sabah” Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda “Vikinq”in qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, zədə səbəbindən “Turan Tovuz”la son oyunu buraxan yarımmüdafiəçi Velko Simiç də komanda ilə birlikdə Norveçə yollanıb.

Serbiyalı legionerin “Vikinq”lə görüşdə iştirak etmək ehtimalı var.

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas bu gün Bakı vaxtı ilə saat 20:30-da mətbuat konfransına çıxacaq. Ardınca yarım saat sonra komandanın son məşqi keçiriləcək.

"Vikinq" - "Sabah" görüşü noyabrın 4-də baş tutacaq və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!