Komandamız Avropa çempionatına neçə nəfərlə qatılacaq?

04:20 Şahmat 91
Komandamız Avropa çempionatına neçə nəfərlə qatılacaq?

Yunanıstanda yeniyetmə şahmatçılar arasında Avropa çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, noyabrın 3-də İraklion şəhərində start götürəcək qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək.

Komandamızın heyətində yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş mükafatçısı Mehriban Əhmədli və son qitə birinciliyinin bürünc medalçısı Məryəm Ağaverdiyeva da yer alıb.

Ümumilikdə 49 ölkədən 1250 şahmatçı altı yaş kateqoriyası üzrə medallar uğrunda mübarizə aparacaq.

Azərbaycan nümayəndə heyətinin tərkibində komandanın baş məşqçisi Nicat Məmmədov, məşqçilər Fərid Abbasov, Elmar Atakişiyev və Orxan Abdulov da yer alıb. Nümayəndə heyətinə Raul Quliyev rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!