"Sabah" və “Qarabağ”ın büdrədiyi turda “Neftçi” qələbə qazanmağı bacardı.
“Ağ-qaralar” Şamaxı səfərindən üç xalla qayıtdı.
Yuri Vernidubun komandası qələbəni heç də asan əldə etmədi.
Qonaqlar iki dəfə hesabda önə keçsələr də, “Şamaxı” hər iki halda bərabərlik qolunu vurmağı bacardı.
Yalnız üçüncü cəhddə “Neftçi” üstünlüyünü qoruyaraq matçı qələbə ilə başa vurdu.
Bəs qarşılaşmada başqa nələr yaşandı?
Xanoğlan İmanov "Sportinfo TV" üçün hazırladığı yeni videoda məhz “Şamaxı” – “Neftçi” matçında baş verənlərdən danışıb.
Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz:
