Bakıda 9 qol vurdu, “Mançester Yunayted”, “Liverpul” və PSJ elçi düşdü

Bakıda 9 qol vurdu, “Mançester Yunayted”, “Liverpul” və PSJ elçi düşdü

Kubanın U-15 millisinin futbolçusu Matteo Qallina Sainz Azərbaycanda keçirilən dünya çempionatındakı çıxışı ilə nəhəng klubların diqqət mərkəzinə düşüb.

Sportinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hücumçu mundialda 9 qol vuraraq komandasının bombardiri olub.

Hazırda İtaliyanın “Romulea” klubunun U-15 komandasında çıxış edən Matteonun bu performansdan sonra komandasını dəyişməsi gözlənilir. Artıq indidən akademiyasında yetişdiyi “Roma” onunla maraqlanmağa başlayıb.

Lakin paytaxt klubu forvard uğrunda mübarizədə tək deyil. Belə ki, İtaliyanın digər nəhəngləri, həmçinin “Bayern”, “Mançester Yunayted”, “Liverpul”, PSJ, “Borussiya” (Dortmund) və “Ayaks” kimi klublar da Sainzın Bakıdakı dünya çempionatında göstərdiyi oyundan təsirləniblər.

Gənc hücumçu çox güman ki, tezliklə adıçəkilən klublardan birinin akademiyasına qoşulacaq.

Kuba millisi dünya çempionatında 88-ci yeri tutub. Atası italyan, anası kubalı olan Matteo Qallina Sainz isə 2018–2020-ci illərdə “Roma”nın, 2020–2023-cü illərdə isə “Frosinone”nin akademiyasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol