“Bu qol mənim üçün çox vacib idi. Bu anı və bu oyunu heç vaxt unutmayacam”.
Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın cənubi afrikalı müdafiəçisi Eyden Makkarti Çempionlar Liqasının əsas mərhələsində Almaniyanın “Borussiya” (Dortmund) komandasına 1:2 hesabı ilə uduzduqları oyun haqda deyib.
O, qarşılaşmanın nəticəsindən məyus olduğunu, lakin komandanın böyük rəqiblərlə mübarizə aparmaq gücündə olduğunu bildirib:
“Nəticə, əlbəttə ki, üzücüdür. Amma meydanda son saniyəyə qədər, hər top uğrunda amansızca mübarizə apardıq.
Bu qarşılaşma sübut etdi ki, Çempionlar Liqasında böyük komandalarla başabaş mübarizə apara bilərik.
Futbolda hər cür ssenari mümkündür - biz iki qol vurub qalib gələ bilərdik, rəqib də fərqlənə bilərdi, hətta hesab 4:0 da ola bilərdi. Amma biz həmin gün əlimizdən gələni etdik.
Növbəti turda Norveçdə "Vikinq"in qonağı olacağıq. Bu matçı səbirsizliklə gözləyirik və özümüzə inanırıq”.
"Sabah" - "Borussiya" matçı Almaniya kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
