“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Fənərbaxça”dan təklif alması ilə bağlı xəbərlərə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, “CBC Sport”a açıqlamasında bu barədə danışıb.
“Fənərbaxça”ya gedəcəyimlə bağlı xəbərlər reallığı əks etdirmir. Buna görə də şaiyələri şərh etmək istəmirəm”, - o qeyd edib.
Litvalı mütəxəssis həmçinin Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda Norveçdə “Vikinq”ə qarşı keçirəcəkləri matç barədə də fikirlərini bildirib:
“Çempionlar Liqasında heç bir oyun asan keçmir. Hazırlaşmaq üçün vaxtımız az idi. Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq.
Səfərdən sərfəli nəticə ilə qayıtmaq istəyirik. Rəqibin 14 ev oyununda məğlub olmaması və süni örtüklü meydançada oynamasını dəyişə bilmərik. Sadəcə, öz oyunumuza köklənməliyik”.
“Vikinq” - “Sabah” matçı noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtilə saat 00:00-da başlayacaq.
