Azərbaycanda məğlub komandanın futbolçusu nədən xoşhallanıb?

20:00 Hadisə 96
Azərbaycanda məğlub komandanın futbolçusu nədən xoşhallanıb?

“Yenidən Gəncədə - yenilənmiş stadionda və bu cür möhtəşəm azarkeşlərin qarşısında oynamaq həqiqətən fərqli hislərdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “İmişli”nin futbolçusu Fərid Nəbiyev deyib.

Bazar günü Gəncədə baş tutan “Kəpəz” – “İmişli” qarşılaşmasında meydan sahibləri Namiq Əsləgərovun cərimə zərbəsindən şedevr qolu hesabına qələbəni bayram etdi.

Halbuki qonaqların da kifayət qədər qol şansı var idi. Hətta Azər Salahlı ilk hissədə rəqib qapısının torunu silkələməyi bacarmışdı.

Nəbiyev Namiqin vurduğu qola tərif yağdıraraq ən çox sevindiyi məqamdan söz açıb:

“Maraqlı oyun keçdiyini düşünürəm. İlk hissədə qol vurduğumuz epizodda rəqibin ayağına toxunuş olmasaydı, gedişat və nəticə fərqli ola bilərdi.

Ümumi götürəndə “Kəpəz”dən geri qaldığımızı deməzdim. Sadəcə vurduqları qol baxımlı və gözlənilməz alındı. Belə qollar nadir hallarda vurulur, o da bizim başımıza gəldi.

Həmin nöqtədən qapıya kifayət qədər məsafə var idi. Namiq Ələsgərov karyerası ərzində buna bənzər qollar vurub deyə, bir qədər diqqətli davransaydıq, bəlkə də qol olmazdı.

Etiraf edək ki, çox yaxşı qol vurdu. Ən çox sevindirən məqam stadiondakı ab-havaydı.

Kaş bütün stadionlarımızada belə atmosfer ola. Onda oyunlar indikindən də maraqlı keçər”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti