Yığmamız Avropa çempionatına Türkiyə komandası ilə birgə hazırlaşır

08:10 Boks 88
Yığmamız Avropa çempionatına Türkiyə komandası ilə birgə hazırlaşır

Bakıda boks üzrə U-23 Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib.

Sportinfo.az xəbər verir ki, noyabrın 12-dək davam edəcək toplanışda komandamızla yanaşı, Türkiyə yığması da hazırlıq keçəcək.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışa 25-dək boksçu qatılıb. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək.

Məşqlər Xorvatiyada təşkil olunacaq U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Avropa çempionatı noyabrın 16-24-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!