Gökdeniz Karadeniz: “Bu komandaların önündə “Qarabağ” gəlir”

09:40 Sizdən Bizə 168
Gökdeniz Karadeniz: “Bu komandaların önündə “Qarabağ” gəlir”

“Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanır. Bu komandaların önündə isə “Qarabağ” gəlir.

Bir türk olaraq bu uğurlar məni çox sevindirir”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə millisinin və “Rubin”in (Kazan) sabiq futbolçusu Gökdeniz Karadeniz deyib.

“Azərbaycan klublarının Avropadakı çıxışlarını qürurla izləyir, bu nailiyyətlərin davamlı olmasını arzulayıram”, - deyə Gökdeniz Karadeniz AZƏRTAC-a açıqlamasında bildirib.

Karadeniz Azərbaycan futbolunda müşahidə olunan inkişafı da müsbət qiymətləndirib:

“Bunun üçün nə qədər sərmayə qoyulduğunu dəqiq bilməsəm də, son illər Azərbaycan futbolunda müşahidə olunan yüksəlişi çox müsbət qiymətləndirirəm.

Ümid edirəm ki, bu inkişaf davamlı olacaq və Azərbaycan futbolu Avropada daha böyük uğurlara imza atacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!