“Tvente”nin texniki direktoru Erik ten Haq 2025-ci ilin fevralında “Feyenoord”un təklifini niyə qəbul etmədiyini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”in sabiq baş məşqçisi bunu deyib:
“Feyenoord”un nümayəndələri ilə uzun telefon danışığım oldu. Bu, böyük klubdur, lakin “Ayaks”la keçmişimə görə təklifi qəbul edə bilməzdim.
Bundan başqa, futbolçu karyeram başa çatdıqdan sonra başladığım və 17 il fasiləsiz davam etdirdiyim məşqçilik fəaliyyətindən sonra bir az nəfəs almaq istəyirdim.
Baş verənləri təhlil etmək, düşünmək və özümü başqa sahədə sınamaq niyyətində idim. Futboldan bir müddət uzaq qalmaq mənim üçün faydalı oldu.
Gələcəkdə “Ayaks”a qayıtmaq ehtimalını istisna etmirəm. Lakin hazırda “Tvente”yə rəhbərlik edirəm və burada olmağı həqiqətən sevirəm”.
