“Sabah”dan SON MƏLUMAT - Bu xəbərə sevinməyən qalmayacaq

21:20 Sabah 242
“Sabah”dan SON MƏLUMAT - Bu xəbərə sevinməyən qalmayacaq

Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil edən “Sabah” növbəti sınaq qarşısındadır.

Liqa mərhələsinin 4-cü turunda Norveçin “Viking” klubu ilə üz-üzə gələcək “bayquşlar” səfərdə də azarkeş dəstəyini hiss edəcək.

Çempionlar Liqasının əvvəlki mərhələlərində keçirilən oyunlarda Azərbaycan çempionunu tək qoymayan Avropada yaşayan azərbaycanlılar bu dəfə də komandamızın yanında olacaq.

Norveçdəki görüşdə də bu baxımdan problem yaşanmayacaq.

Belə ki, həm Norveçdə, həm Skandinaviyanın digər ölkələrində, eləcə də Avropada digər ölkələrində yaşayan azərbaycanlılar “Sabah”ın oyununa böyük maraq göstərirlər. Onlar “Viking”lə qarşılaşmanı canlı izləmək üçün Norveç səfərinə hazırlaşır.

Artıq bir qrup soydaşımız bu məqsədlə “Sabah” klubuna müraciət edib.

Ehtimal olunur ki, qarşılaşma zamanı “çəhrayı-qaralar”ı stadionda təxminən 150-200 azərbaycanlı dəstəkləyəcək. Sayın artıq olması istisna olunmur.

Noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq “Viking” – “Sabah” qarşılaşması “Vikinq” stadionunda keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti