"Keşlə"dən yeni transfer - rəsmi

7 Avqust 2020 18:34 Şamaxı 1 242
"Keşlə"dən yeni transfer - rəsmi

"Keşlə" ukraynalı futbolçu Dmitro Klots ilə müqavilə imzalayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Klots karyerası ərzində yalnız Ukraynanın "Karpatı” klubunda çıxış edib. O, 5 il ərzində Ukrayna Premyer Liqası çərçivəsində 106 oyun keçirib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti