"Azərbaycan dilində danışa bilmirəm, öyrənmək mümkün deyil"

5 Avqust 2020 12:02 Şamaxı 890
"Azərbaycan dilində danışa bilmirəm, öyrənmək mümkün deyil"

“Venesuelada “Deportivo”da çıxış edirdim. Martda klubda problemləri başladı və futbolçulara maaş verməyi dayandırdılar.

Oradan ala bilmədiklərimi istəyirəm. Bunun üçün FİFA-ya da müraciət etmişəm. Belə vaxtda Azərbaycandan təklif gəldi. Tərəddüd etmədən onu qəbul etdim”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Keşlə”dən ayrılan paraqvaylı futbolçu Lorenzo Frutos ölkəsinin “corica.com.py” saytına deyib. O, Azərbaycan haqda məlumatsız olsa da, Sezar Meza Kollinin ona kömək etdiyini bildirib:

“Ölkə haqda heç nə bilmirdim. Amma paraqvaylı Sezar Meza Kolli “Keşlə”də olduğundan uyğunlaşmaqda çətinlik yaşamadım. Bakının çox gözəl olması məni heyrətləndirdi.

Koronavisru səbəbindən çempionat sona 8 tur qalmış dayandırıldı. Mövsüm ərzində 6 qol vurdum və biz Avroliqaya vəsiqə qazandıq. Bu, yaxşı təcrübə idi.

Azərbaycan dilində danışa bilmirəm. Öyrənmək mümkün deyil. Əhalinin bir hissəsi rusca da danışır. Diqqətimi oradakı dini intizam çəkdi. Onlar gündə 5 dəfə ibadət edirdilər. Bunu harada olmalarına baxmayaraq, lap məşqin ortasında yerinə yetirirdilər.

Əvvəl başa düşmürdüm. Amma sonradan dərk etdim ki, Azərbaycan müsəlman ölkəsidir. Ancaq digərləri ilə müqayisədə daha açıqdır. Çünki daha qapalı ölkələr də var”.

Hazırda klubsuz olan paraqvaylı yenidən Azərbaycan Premyer Liqasında oynamağın da əleyhinə deyil: “Müqaviləm iyunda başa çatdı. Karyeramı harada davam etdirəcəyimi hələ də bilmirəm. Amma Azərbaycandan təklif olsa, qayıtmaqla bağlı problem görmürəm”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”