Axundov vəd verdi - Avroliqaya vəsiqə qazanın, hamınızı saxlayım

2 İyun 2020 13:54 Şamaxı 1 066
Axundov vəd verdi - Avroliqaya vəsiqə qazanın, hamınızı saxlayım

«Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundov əsas komandanın futbolçuları ilə görüşüb.

Sportinfo.az-ın məlumatına görə, klubun rəhbəri mövsümün bəra olunan hissəsi ilə bağlı düşüncələrini açıqlayıb.

O, Premyer Liqada son 8 tur öncəsi üçüncü pillədə yer aldıqlarını və bunu qorumağın lazım gəldiyini bildirib. Axundov Avropa Liqasına vəsiqə qazanmaq tələbini bir daha səsləndirib.

Əlavə edib ki, klubun maliyyə problemləri ilə üzləşməməsi üçün əlindən gələni əsirgəmir və qarşılığını görməmək ona pis təsir göstərəcək.

«Keşlə»nin ayaqda qalması üçün mühüm işlər görən Müşahidə Şurasının sədri onu da söyləyib ki, komanda qarşısına qoyulan məqsədə çatsa, heç bir futbolçu ilə yolları ayırmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti