"Mən Tərlanın "dərs"ini verəcəm, buna az qalıb"

6 Mart 2020 16:00 Şamaxı 1 726
"Mən Tərlanın "dərs"ini verəcəm, buna az qalıb"

«Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundov futbolçularla görüşüb.

Sportinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, toplantı kifayət qədər gərgin keçib.

Oyunçular baş məşqçi Tərlan Əhmədovun işindən və onlara qarşı münasibətindən xeyli şikayət edib.

Bildiriblər ki, çalışdırıcı kollektivin adından ona yalan məlumatlar çatdırır. Əhmədovun dilinə tez-tez aşağılayıcı sözlər gətirməsindən gileylənən «Keşlə»lilər buna son qoyulmasını istəyib.

Axundov yaranmış vəziyyətin müvəqqəti olacağını və bununla bağlı ciddi ölçü götürəcəyini bildirib: «Siz ona fikir verməyin.

Mən Tərlanın «dərs»ini verəcəm, buna az qalıb. Onsuz, AFFA da onu istəmirəm. Mən Tərlana görə böyük təzyiqlərə məruz qalmışam.

Mənə çox adam deyirdi ki, məşqçi seçimində səhvə yol verirsən. İndi görürəm ki, onun haqda nə deyiblərsə, düz deyiblər.

Çempionatın başa çatmasına az qalıb, bu vəziyyətdən çıxmalıyıq. Çünki avrokuboklara vəsiqə qazanmaq şansımız var. Tərlana neçə dəfə demişəm ki, komandayla yaxşı rəftar et. Bu nədir, hamı səndən narazılıq edir…

Siz mənə qulaq asın, oynayın. Özünüz də görürsüz ki, komanda üçün əlimdən gələni edirəm».

Digər Xəbərlər
Xəbər Lenti