"Az pul təklif etsəydilər də, "Kayserispor"a gedərdim" - ƏFRAN

20 Yanvar 2020 16:28 Şamaxı 1 995
"Az pul təklif etsəydilər də, "Kayserispor"a gedərdim" - ƏFRAN

"Açığı, belə bir söhbət var idi. Prosineçkinin özü ilə danışmışdım. Demişdi ki, səni komandada görmək istəyirəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Millimizin sabiq baş məşqçisi, hazırda isə "Kayserispor"u çalışdıran Robert Prosineçkinin 31 yaşlı futbolçunun xidmətində maraqlı olduğunu ilk dəfə biz yazmışdıq. Həmin vaxt Əfran xəbəri təkzib etsə də, sonradan xorvatiyalı mütəxəssislə danışdığını etiraf eləmişdi.

Görəsən, məsələ indi nə yerdədir? Gəlin, futbolçunun özünü dinləyək: "Aramızda pul söhbəti olmamışdı. Sadəcə, məni komandasında görmək istədiyini demişdi. Mən də bildirmişdim ki, necə məsləhətdir, elə də olsun. Ondan sonra heç bir danışığımız olmadı. Eləcə də qaldı. Xeyirlisi nədirsə, o da olsun. Məsələnin tam olaraq bağlandığını dəqiq deyə bilmərəm. Bəlkə də elədir".

Əfran hətta daha aşağı maaş qarşılığında "Kayserispor"a getməyə hazır olduğunu bildirib: "Əlbəttə, az pul təklif etsəydilər də, gedərdim. Əla variant idi. Amma belə alındı. Görək, necə olur. Açığı, transferin alınmamasına üzüldüm. Niyə də pis olmayım ki?!".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"