Tərlan Əhmədov komandasının 4:1 yerə "parçalanmasından" razı qaldı

18 Yanvar 00:56 Keşlə 467
Tərlan Əhmədov komandasının 4:1 yerə "parçalanmasından" razı qaldı

“Keşlə” Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Almaniyanın III Bundesliqa təmsilçisi “Zviçkau” komandası ilə görüşən “Keşlə” 1:4 hesabı ilə məğlub olub.

Final fitindən sonra baş məşqçi Tərlan Əhmədov oyun haqqında fikirlərini bildirib: “İlk hissədə istədiyimiz oyunu görə bilməsək də, fasilədən sonra komanda pis təsir bağışlamadı.

Bəzi futbolçularımız bizə yalnız burada qoşuldular və onların fiziki durumunun nə yerdə olduğunu bilmək istəyirdik. Məğlub olmamıza baxmayaraq, komanda pis təsir bağışlamadı.

Demək olar ki, bütün qolları "standart" vəziyyətlərdən sonra buraxdıq. Səhvlərin üzərində işləməliyik və Premyer Liqanın ikinci yarısının ilk qarşılaşmasına tam hazır olmalıyıq”.

Xəbər Lenti
24 Sentyabr 22:00 53 yaşında meydana çıxdı
24 Sentyabr 19:16 Daha "İnter"ə lazım deyil
24 Sentyabr 15:46 UEFA Mahirə cəza verdi