"Keşlə" Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

7 Dekabr 2019 15:00 Keşlə 1 006
"Keşlə" Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

"Keşlə"nin Bakıya dəvət etdiyi özbəkistanlı futbolçunun adı məlum olub.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, bu, Şohrux Qadoyevdir. Dünəndən paytaxtımızda olan sol cinah yarımmüdafiəçisi tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkib. Onunla 1 illik sözləşmə imzalanıb.

Son klubu "Bunyodkor" olan 27 yaşlı futbolçu Özbəkistan millisinin də üzvüdür. "Keşlə" təcrübəli oyunçu üçün qarşı tərəfə hər hansı təzminat ödəməyib.

Qadoyev daha əvvəl ölkəsinin "Nasaf", Bəhreynin "Al-Muharrak" və Cənubi Koreyanın "Tedjon Sitizen" klublarında çıxış edib.

Xəbər Lenti
19 Yanvar 22:20 "Qarabağ"da asudə gün
19 Yanvar 20:16 Az məbləğə atılan imza
19 Yanvar 17:42 "Monako"dan getdi - RƏSMİ
19 Yanvar 17:19 Qərb derbisində 2 qol
19 Yanvar 14:10 İsrafilov lazım olmadı