Bölgənin "paytaxt təmsilçisi"

2 May 2022 22:20 Şamaxı 724
Bölgənin "paytaxt təmsilçisi"

"Keşlə" "Şamaxı" adlanacağı və eyni adlı bölgəni təmsil edəcəyi hələ ötən ildən məlum idi.

Amma kollektivin Şamaxıya getməsi uzun bir zaman aldı.

Aylarla sürən həsrət, nəhayət, ötən ayın 9-u başa çatdı. Məhz həmin tarixdə komanda "doğma meydan"da "Neftçi"ni qəbul etdi.

Köhnə "Keşlə"nin yeni adla debütü uğursuz olunca 1-2 hesablı məğlubiyyət qeydə alındı.

Sabiq paytaxt klubu təmsil olunduğu bölgəyə oyundan bir gün əvvəl təşrif buyurmuş və oyun günü Bakıya dönüş etmişdi.

Növbəti ev matçı sabah "Səbail"lə baş tutacaq. Arxada qalan 24 günü komanda, ancaq Bakıda məskunlaşıb. "Qarabağ" və "Sabah"la səfər maçları keçirən "bölgə klubu" qalan günlərini də Bakının mərkəzində yerləşən "ASK arena"da məşq keçməklə keçirib.

İndi siz deyin, ayda bircə gününü Şamaxıda keçirmiş belə komandaya necə Şamaxı komandası, bölgə təmsilçisi deyəsən axı?

Buna ən yaxşı halda, ən yaxşı halda bölgənin "paytaxt təmsilçisi" demək olar. O da ən yaxşı halda...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"