Paytaxt klubunun yerliləri təngə gəlib - BU SƏBƏBDƏN

18 Yanvar 2022 19:40 Şamaxı 999
Paytaxt klubunun yerliləri təngə gəlib - BU SƏBƏBDƏN

Azərbaycan Premyer Liqasında "Keşlə" adlı klub var.

Normalda Premyer Liqada çıxış edən klub peşəkar statuslu olmalıdır.

Haqqında danışdığımız "Keşlə"nin də belə bir statusu var. Olmasa, Premyer Liqamıza buraxılmazdı.

Amma həmin status rəsmi müstəvidən o yana keçmir. Elə kluba gələn futbolçular da həmin rəsmiyyətə aldanıb, sevinə-sevinə klubla müqaviləyə imza atırlar. Ki, Premyer Liqada çıxış edəcəyik.

Ancaq klubun qapısından içəri girən andan peşmançılıq havası bütün ruhiyyələrinə yayılır. Hər addımda bildiyin həvəskar qərarlar, davranışlarla rastlaşırlar.

Bu komandadakı söz sahibləri 21-ci əsrdə köməkçi məşqçini yoxlanışa çağıracaq qədər həvəskarlaşıblar. Özü də uzaq Amerikadan.

Qonşu Gürcüstandan, İrandan ortabab hücumçu tapa bilməyən rəhbərlik, Amerikadan fiziki hazırlıq üzrə məşqçi tapıb. Həm də yoxlanışa gəlmək şərti ilə.

Artıq yerli futbolçular da bu qərarlardan təngə gəliblər. Ki, oynamağa futbolçu lazım olduğu halda, rəhbərlik vaxtını belə işlərə sərf edir.

Ən acınacaqlı olanı da odur ki, dərdlərini deyəcək ünvan yox, başverənlərə dözəcək səbr. Proseslər isə öz "möhtəşəm" axarı ilə getməkdədir.

Bizə isə Allahdan onlara səbr diləmək qalır. Çünki dərtlərini deyəcək ünvanı tapmalarını arzulamaq boş vaxt itkisindən başqa bir şey olmazdı...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti