Qurbanovdan ümidi üzülən forvard nə düşünür?

7 Yanvar 2022 23:40 Şamaxı 1 471
Qurbanovdan ümidi üzülən forvard nə düşünür?

Amil Yunanov "Keşlə"dəki gələcəyindən narahatdır.

Onun buna əsası da var. Ki, mövsümün ilk yarısı demək olar baş məşqçi Sənan Qurbanov ona güvənmədi. Anatoli Abanqın komandadan göndərilməsi də Yunanovun yolunu açmadı.

Çünki Qurbanov israrla yeni hücumçu axtarışındadır. Bu isə mövsümün qışdan sonrakı hissəsində də forvardın daha çox ehtiyatda qalması anlamına gəlir.

25 yaşlı hücumçu günü bu gün komandasını dəyişməyə, daha çox oynamaq fürsəti alacağı yerə getməyə hazırdır. Amma digər Premyer Liqa klublarından heç biri ona maraq göstərmir. Yunanovun əl-qolunu bağlayan da budur.

Sabiq milli üzvü ona görə də "Keşlə"dən ayrılıb klubsuz qalmaqdansa, ən azı yaya kimi səbrlə Qurbanovun nə vaxtsa insafa gəlib ona şans verəcəyinə bel bağlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti