Futbolçular Qurbanovdan fakt tələb etdi, o, “torba” iddiasını geri götürdü

8 Dekabr 2021 14:00 Şamaxı 1 017
Futbolçular Qurbanovdan fakt tələb etdi, o, “torba” iddiasını geri götürdü

“Keşlə”nin yerli futbolçularının bir qrupu Sənan Qurbanovla görüşüb.

Onlar baş məşqçinin otağına gedərək, dediyi sözləri sübuta yetirməsini tələb edib.

Hadisənin məğzini bilməyənlərə məlumat verək ki, S.Qurbanov növbəti dəfə qalmaqala səbəb olub.

Premyer Liqada uğursuz oyunların bir-birini əvəzləməsindən boğaza yığılan çalışdırıcı komandanı “bir-birinə vurub”.

Əvvəl legionerləri tənqid hədəfi edən mütəxəssis bu dəfə yerli futbolçuların yaxasından yapışıb. O, paltardəyişmə otağında «od püskürüb»:

«Bilirəm, mənim «torba»mı tikmək istəyirsiz. Qəsdən oynamırsız, mübarizə aparmırısıız. Ona görə belə edirsiz ki, mən tezliklə buradan gedim.

O günü görməyəcəksiz, istefa vermək fikrim yoxdur. Arxamda klubun rəhbərliyi dayanıb. Onlar da məni buradan göndərmək istəmir».

Qurbanovun söylədikləri kollektivdə birmənalı qarşılanmayıb. Baxmayaraq ki, o, futbolçularla son görüşündə ortalığı fakt qoya bilməyib, sadəcə, həmin vaxt əsəbiləşdiyi üçün özündə olmadığını söyləyib.

Yerlilər ondan işlətdiyi ifadələrə diqqət yetirməsini istəyib, bir daha belə sözlər danışarsa, məşqə çıxmayacaqlarına dair xəbərdarlıq ediblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı